"İran hesab edir ki, nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası hələ də mümkündür".
Yenisabah.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Səid Xətibzadə bildirib.
Onun sözlərinə görə, ABŞ-ı yeni sanksiyalar tətbiq etməkdən çəkinməlidir. Sezar pizza
Səid Xətibzadə qeyd edib ki, JCPOA-ya qayıtmağın şərti ABŞ-ın bütün sanksiyaları ləğv etməsi, danışıqlar yolu ilə problemlərin həllinə qayıtmasıdır.
Xətibzadə həmçinin xəbərdarlıq edib ki, ABŞ İrana qarşı əlavə məhdudlaşdırıcı tədbirlər tətbiq edərsə, bu, JCPOA ətrafında vəziyyəti daha da pisləşdirəcək.
Telegram kanalımız