Bu gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycanı müasir, güclü, qüdrətli ölkəyə çevirən Prezident İlham Əliyevin dövlət başçısı kimi fəaliyyətinin 20-ci ildönümü tamam olur.
Əlbəttə, son iyirmi ildə keçdiyimiz yola nəzər salsaq görərik ki, həqiqətən də ölkəmizin qazandığı uğurlar, əldə etdiyi misilsiz nailiyyətlər, yürütdüyü daxili və xarici siyasət, tarixi qələbələrimiz birmənalı olaraq xəyallarımızı gerçək edən liderin, tariximizi qızıl hərflə yazan Prezident İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Çünki Onun rəhbərliyi dövründə xalqa verilən bütün vədlər uğurla yerinə yetirib, Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub. Sezar pizza
Bir zamanlar yalnız xəyal kimi gördüyümüz nəhəng enerji layihələri, ölkənin hər yerində aparılan abadlıq quruculuq işləri, müasirləşmə, Azərbaycanın dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı digər məqsədlərlə yanaşı ərazi bütövlüyümüzün, suverenliyimizin və konstitusiya quruluşumuzun tam təmin edilməsi artıq gerçəkliyə çevrilib.
O, Prezidentlik dövründə Azərbaycanı zəfərdən-zəfərə doğru apararaq ata vəsiyyətini, ulu öndər Heydər Əliyevin ən böyük arzusunu reallığa çevrildi.
Əminəm ki, hələ uzun illər Prezident İlham Əliyev xalqımızı öz arxasınca daha yüksək zirvələrə və böyük qələbələrə doğru aparacaqdır!
Heç şübhəsiz ki, bundan sonra da xalqımız daim İlham Əliyevin rəhbərliyi ilə sülh və firavanlıq şəraitində yaşayacaqdır!
Dövlət başçısına fəaliyyətində uğurlar və uzun ömür arzulayıram!
İmamverdi İsmayılov
Millət vəkili, Əməkdar Jurnalist

Telegram kanalımız