Xəzər rayonunda narkopriton aşkarlandı, 12 nəfər saxlanıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Xəzər rayonunda narkopriton aşkarlandı, 12 nəfər saxlanıldı - Fotolar

Kriminal

09 Yanvar 2025 19:36 597


Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində Şüvəlan qəsəbəsi ərazisində narkotik vasitələrin qəbul edildiyi məkan aşkarlanıb.

Yenisabah.az xəbər verir ki, tədbir zamanı narkotiklərin istifadəsinə şərait yaradan ev sahibi Hikmət Aslanov və həmin ünvanda narkotik vasitələr qəbul edən daha 12 nəfər saxlanılıb.

Qeyd edilən məkana baxış zamanı müxtəlif növ narkotik maddə, psixotrop maddə və onların prekursorları aşkarlanaraq götürülüb. Faktla əlaqədar Xəzər Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir./Report Dominos pizza


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!