XİN başçıları Azərbaycan-Türkmənistan-Türkiyə görüşünü müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

XİN başçıları Azərbaycan-Türkmənistan-Türkiyə görüşünü müzakirə etdilər

Siyasət

04 İyul 2021 17:34 1040


Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Türkmənistan xarici işlər naziri Rəşid Meredov ilə telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, nazirlər iki ölkə arasındakı əməkdaşlıq gündəliyi üzrə, o cümlədən ənənəvi dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı aktual məsələlərə dair fikir mübadiləsi aparıblar.

Nazirlər həmçinin regional təhlükəsizlik, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Dördpendirli pizza

Cari il keçirilməsi nəzərdə tutulan Azərbaycan, Türkmənistan, Türkiyə yüksək səviyyəli görüşünün əhəmiyyəti vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!