ABŞ fevralın əvvəlində edilən hücuma görə İraqdan üzr istəyib.
Yenisabah.az RIA Novosti-yə istinadla xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn Antalya Diplomatik Forumunun (ADF) kuluarlarında deyib.
O bildirib: “Doğrudur, Vaşinqton İraq təhlükəsizlik qüvvələrinə hücumlar zamanı İraqa xəbərdarlıq etməyib, lakin ABŞ-dakı rəsmi nümayəndə bu vəziyyətlə bağlı üzr istəyib”. pizza mizza
ABŞ fevralın 2-də İordaniyada 3 Amerika əsgərinin öldürülməsinə cavab olaraq İraq və Suriyada İranın dəstəklədiyi milislərin 85 hədəfini vuracağını bildirib.
Bundan sonra İraq Xarici İşlər Nazirliyi ABŞ-ın Bağdaddakı müvəqqəti işlər vəkili Devid Burqeri ABŞ-ın öz ərazisinə gecə hava zərbələri endirməsinə rəsmi etiraz etmək üçün çağırıb.
Telegram kanalımız