XİN beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatlarını qınamağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

XİN beynəlxalq ictimaiyyəti Ermənistanın təxribatlarını qınamağa çağırdı

Siyasət

01 Sentyabr 2023 12:09 322


Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistanın sərhəddə törətdiyi təxribatları ciddi şəkildə qınamağa çağırıb.

Yenisabah.az xəbər verir ki, nazirliyin məlumatında avqustun 31-də və sentyabrın 1-də Ermənistan tərəfi növbəti dəfə hərbi təxribata əl atdığı bildirilib.

"Ermənistan silahlı qüvvələrinin Zod istiqamətindəki bölmələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-larından və atıcı silahlardan istifadə etməklə atəş açıblar. pizza mizza

Azərbaycan tərəfinin mövqelərinə qarşı məqsədyönlü şəkildə törədilmiş bu təxribat nəticəsində ümumilikdə 3 hərbi qulluqçumuz yaralanıb.

Ermənistan tərəfindən ölkə daxilində gərgin siyasi-ictimai vəziyyətdən diqqəti yayındırmaq, habelə beynəlxalq ictimaiyyəti yanıltmaq məqsədilə törədilən bu kimi əməllər ciddi formada beynəlxalq ictimaiyyət tərəfindən rədd edilməli və qınanılmalıdır.

Ermənistanın törətdiyi təxribatlara görə məsuliyyət tam şəkildə bu ölkənin üzərinə düşür.

Azərbaycan bundan sonra da bu kimi təxribatların qarşısının alınması istiqamətində bütün lazımi tədbirləri görməyə davam edəcək", - XİN-dən vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!