XİN-dən Ermənistana   CAVAB

saytların hazırlanması

Evə çatdırılma

XİN-dən Ermənistana CAVAB

Siyasət

25 May 2021 23:41 1243


"25 may 2021-ci il tarixində Ermənistan-Azərbaycan dövlət sərhədində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın Geqarkunik rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi ərazisindəki mövqelərinin guya Kəlbəcər rayonu ərazisindən atəşə tutulması barədə Ermənistan tərəfindən yayılan məlumatlar həqiqətə uyğun deyil. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən bu xüsusda verilən açıqlamalarda sözügedən ittihamların yalan xarakteri daşıdığı, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən Ermənistan ərazisinə atəş açılmadığı bəyan edilib".

Bu barədə Yenisabah.az-a Azərbaycan Respublikası Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilir ki, Ermənistan tərəfindən yayılan növbəti yalan, qarşı tərəfin öz silahlı qüvvələri arasında baş verən insidentin məqsədli şəkildə sərhəd məntəqəsində vəziyyətin gərginləşdirilməsi üçün istifadə edilməsi cəhdidir: Dominos pizza

Ümumiyyətlə, son zamanlar Ermənistan silahlı qüvvələri arasında itkilərin, o cümlədən qeyri-hərbi itkilərin artması, sonuncu hal da daxil olmaqla Ermənistan silahlı qüvvələri daxilində müvafiq araşdırmaların aparılması zərurətini üzə çıxarır.

Vurğulamaq istərdik ki, hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabitdir və nəzarət altındadır.

Ermənistan tərəfini yalan bəyanatlarla vəziyyəti gərginləşdirməməyə, bu və digər məsələlərlə bağlı fikir ayrılıqlarının həllində konstruktiv danışıqlar aparılmasına çağırırıq".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!