Avropa İttifaqı sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz vahid ordusunu yaratmalıdır.
Yenisabah.az “La Stampa”ya istinadla xəbər verir ki, bunu İtaliyanın xarici işlər naziri Antonio Tayani bildirib.
O qeyd edib ki, Avropanın müdafiə sahəsində daha sıx əməkdaşlığı Silvio Berluskoninin ölümündən sonra rəhbərlik etdiyi “Forza Italia” partiyası üçün prioritetdir: pizza sifarişi
“Əgər biz dünyada sülhməramlı olmaq istəyiriksə, Avropanın silahlı qüvvələrinə ehtiyacımız var. Bu, effektiv Avropa xarici siyasətini həyata keçirə bilmək üçün fundamental ilkin şərtdir”.
Nazirin sözlərinə görə, ABŞ, Çin, Hindistan, Rusiya kimi güclü oyunçuların olduğu, Yaxın Şərqdən Hind-Sakit okean regionuna qədər böhranların yaşandığı dünyada vətəndaşları yalnız Avropa İttifaqı qoruya bilər.
Tayani qeyd edib ki, 27 dövlətdən ibarət Aİ öz rəhbərliyini sadələşdirməli və vahid sədrliyə malik olmalıdır.
Telegram kanalımız