XİN rəhbəri Ermənistanı sülh sazişi üzrə şansı qaçırmamağa çağırdı

saytların hazırlanması

Evə çatdırılma

XİN rəhbəri Ermənistanı sülh sazişi üzrə şansı qaçırmamağa çağırdı

Siyasət

06 Noyabr 2023 16:15 489


Azərbaycan torpaqlarının 30 ildən sonra işğalının başa çatması və bu torpaqlarda suverenliyimiz bərpası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı yeni perspektivlər açır.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Buxarestdə rumıniyalı həmkarı ilə birgə mətbuat konfransında bildirib.

“Bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və hörmət əsasında bu normallaşma yalnız Azərbaycana və Ermənistana xidmət etməyəcək, bu, həmçinin region və onun sərhədləri xaricində istifadə olunmamış əməkdaşlıq imkanlarının açılmasını təmin edəcək. Fürsətdən istifadə edib Azərbaycanın sülh gündəliyini bir daha vurğulayıram. Biz qarşı tərəfdən də konstruktiv yanaşma və qarşılıqlı addımlar gözləyirik. Biz ümid edirik ki, bu xüsusi şans bir daha itirilməyəcək”, - deyə nazir qeyd edib. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!