KTMT baş katibi İmanqali Tasmaqambetovun özü ilə gətirdiyi yekun sənədləri Ermənistanın imzalanacağına dair rəsmi İrəvan hələ cavab verməyib.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Ermənistan XİN-in rəsmi nümayəndəsi Ani Badalyan bildirib.
Onun sözlərinə görə, KTMT rəhbəri ilə Ermənistan XİN başçısı Ararat Mirzoyan arasında keçirilən görüşün məlum təfərrüatlarından əlavə digər hər hansı məlumat yoxdur. Sezar pizza
KTMT Baş katibi dekabr 21-də Ermənistana səfər edib. Səfəri çərçivəsində Mirzoyanla görüş keçirib. Tasmaqambetov Təşkilatın Minskdə keçirilən sammitinin yekunlarını nazirə təqdim edib. Tərəflər nəqliyyat və iqtisadi kommunikasiyaların inkişafı layihələrini, Ermənistan hökumətinin irəli sürdüyü “Sülh kəsişməsi” layihəsini müzakirə ediblər.
Telegram kanalımız