Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edildi

saytların hazırlanması

Evə çatdırılma

Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edildi

Siyasət

27 Oktyabr 2023 18:12 1638


"Xankəndi Polis Şöbəsi yaradılıb, Xocalı, Tərtər və Xankəndiyə komendantlar təyin edilib".

Yenisabah.az xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov Daxili İşlər Nazirliyində onlayn formatda keçirilən Kollegiya iclasında bildirib.

Nazir oktyabrın 15-də də ölkəmizin növbəti dəfə tarixi anların və hadisələrin şahidi olduğunu, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Xankəndidə, Xocavənddə, Xocalıda və terrorçulardan təmizlənmiş digər ərazilərdə Dövlət bayrağımızı ucaltdığını, habelə Daxili İşlər Nazirliyinin Xankəndi şəhər polis şöbəsinin yaradıldığını, Xocalı, Tərtər və Xankəndiyə müvəqqəti komendantların təyin edildiyini, işğaldan azad edilmiş həmin ərazilərdə təhlükəsizliyin və asayişin təmin edilməsi üçün bütün zəruri tədbirlər görüldüyünü, hər bir evin, hər bir binanın və infrastruktur obyektlərinin mühafizəyə götürüldüyünü, qanunsuz silahlı birləşmələrin atıb getdikləri mövqelərdən çoxsaylı silah-sursatın və hərbi texnikanın aşkarlandığını qeyd edib. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!