YAP-çılar “Relax” istirahət mərkəzində

saytların hazırlanması

Evə çatdırılma

YAP-çılar “Relax” istirahət mərkəzində

Siyasət

11 İyul 2019 07:50 1255


Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkil etdiyi "Yay məktəbi" layihəsi Lerik rayonundakı “Relax” istirahət mərkəzində təşkil olunub. 

“Yeni Sabah” xəbər verir ki, istirahət mərkəzində beş gün müddətində YAP-çı gənc fəallar Milli Məclisin bir neçə deputatının iştirakı ilə müxtəlif mövzularda seminar keçir, fikir mübadiləsi aparacaaqlar. 

Dünən keçirilən seminarda Milli Məclisin deputatları Hadi Rəcəbli, İqbal Məmmədov və Pərvin Kərimzadə iştirak ediblər. Sezar pizza

Çıxış edən deputatlar layihənin əhəmiyyətindən, gənclərin bilik və bacarıqlarının artırılmasında rolundan geniş bəhs ediblər. Bildiriblər ki, YAP rəhbərliyi gənclərin siyasi fəallığının artırılması, asudə vaxtlarının səmərəli təşkili, beynəlxalq əlaqələrin genişlənməsi, ümumiyyətlə, ayrı-ayrı sahələr üzrə müxtəlif layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!