YAP özünü buraxır? - Hakim partiyadan   AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

YAP özünü buraxır? - Hakim partiyadan AÇIQLAMA

Siyasət

10 Sentyabr 2021 10:59 3972


Son vaxtlar YAP-ın daxilində baş verən proseslər bu partiyanın buraxılmasına gətirib çıxara bilər. Siyasi çevrələrdə hakim partiyanın tezliklə buraxılacağı və onun bazasında yeni siyasi təşkilatın yaranacağı iddia olunur. 

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, Milli Məclis deputatı Aydın Mirzəzadə səsləndirilən iddiaların heç bir əsasının olmadığını vurğulayıb:

“YAP möhkəm əsaslar üzərində qurulub, cəmiyyətin aparıcı siyasi qüvvəsidir, onun tələblərinə cavab verən təkliflərlə çıxış edir, insanlarla işləyir, ölkənin qüdrətlənməsi üçün böyük işlər görür və hesab edirəm ki, bu cür fikirlər sadəcə olaraq YAP-ın uğurlarını gözü götürməyən qüvvələr tərəfindən irəli sürülür”. pizza sifarişi

Son vaxtlar qocaman YAP-çıların intim görüntülərinin yayılması barədə sualı isə millət vəkili şərh vermək istəməyib.

Sayad Həsənli


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!