Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.
“Yeni Sabah”ın xəbərinə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.
İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur: Toyuqlu pizza
- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;
- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;
- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;
- Təşkilati məsələlər.
Partiyası sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib.
“Report”un xəbərinə görə, o, dekabrın 15-də YAP İdarə Heyətinin genişləndirilmiş iclasında 2023-cü ilin Azərbaycan xalqının taleyinə uğurlu il kimi düşdüyünü söyləyib.
“Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazanıb”, - T.Budaqov deyib.
Telegram kanalımız