YAP üzvündən partiya sədrinə ağır ittihamlar

saytların hazırlanması

Evə çatdırılma

YAP üzvündən partiya sədrinə ağır ittihamlar

Siyasət

04 Sentyabr 2021 11:47 3788


“Son vaxtlar sosial şəbəkələrdən siyasi kapital toplamaq və məşhurlaşmaq üçün istifadə edən üzdəniraq “siyasətçi”lərin sayı artmaqdadır. Onlar qaragüruhçu və bəzi səbatsız izləyicilərin “like” və “baxışı” üçün milli maraqları arxa plana keçirməkdən belə utanıb qızarmırlar.  Bu ünsürlər 30 il bundan əvvəlki dövrün nostalgiyası ilə yaşayaraq düşünürlər ki, belə ucuz yollarla  xalqın dəstəyini qazanacaq,  illərdir arzusunda olduqları hakimiyyəti ələ keçirə biləcəklər. Ən qəribəsi və təəccüblüsü budur ki, belələri qaranlıq  keçmişlərini unudaraq xəyallar aləminə səyahət edirlər. Amma unutmayaq ki, bizim hər birimiz  gələcəyə keçmişimizlə addımlayırıq".

Yenisabah.az xəbər verir ki, bu sözləri məşhur “91-lər”in üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə KİV-ə açıqlamasında deyib. Qeyd edib ki, hazırda ucuz reklama üstünlük verib, “mən də varam” iddiası ilə cəmiyyətdə görüntü yaratmaq sevdasına düşənlər  sırasında təmsil olunanlardan biri özünü siyasi xadim məqamında hiss edən, reallıqda isə siyasət sözünün mənasını belə dərk etməyən Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdir: "Görünür, Əli Əliyev də tərəf müqabili Əli Kərimli kimi milli kimliyini, qaranlıq keçmişini, əsl peşəsini unudaraq siyasət meydanında parlamaq xülyasını reallaşdırmaq üçün özü-özünü bilərəkdən “ulduz” xəstəliyinə yoluxdurub.   Sual oluna bilər: Niyə məhz Əli Kərimli kimi?  Ona görə ki, AXCP sədri illərdir özünüreklamı çıxış yolu hesab edərək, milli maraqları şəxsi ambisiyalarına qurban verməklə, uğurlarımıza qara eynəkdən baxmaqla, hakimiyyətin milli maraqlara söykənən hər uğurlu addımının əhəmiyyətini azaltmaq, ictimai fikri çaşdırmaq yolunu tutmaqla  xalqdan dəstək gözləyir. Maraqlı, eyni zamanda, utancverici yanaşma deyilmi? Hələ də bu ünsürlər müxalifətçilik anlayışının mənasını dərk etmir, dövlətə, xalqa xəyanəti ictimaiyyətə müxalifətçilik kimi təqdim etməyə uğursuz cəhdlər göstərirlər.   Əli kərimlilərin ardıcılları sırasında yer alan  Əli Əliyev kimilər  nə  Azərbaycanın 30 il bundan öncəki Azərbaycan, nə də xalqın həmin xalq olduğunu unutmamalıdırlar. Dövr, zaman, ən əsası insanların düşüncələri dəyişib. Bu baxımdan yaxşı olardı ki, özünü “dahi siyasətçi” qiyafəsində görən Əli Əliyev heç vaxt bacarmadığı və bundan sonra da bacarmayacağı siyasətlə deyil, öz  ixtisası olan dovşançılıqla məşğul olsun”

Vüqar Rəhimzadə bildirib ki, Əli Əliyevin siyasi perspektivdən nəinki danışması, hətta düşünməsi belə gülüncdür: “Hər kəs yaxşı bilir ki, Əli Əliyevin siyasi perspektivi hələ 2006-cı ildə sonlanıb. Məhz Etibar Məmmədovun qohumu olduğu üçün siyasətə atılan bu “dovşan həkimi” təmsil olunduğu partiyanı da intriqa, hərc-mərclik yuvasına çevirdiyi üçün  bir vaxtlar sədri olduğu AMİP-dən qovulub. Bu gün Azərbaycanda bilməyən yoxdur ki, Əli Əliyev heç bir haqqı-hüququ olmaya-olmaya Xalq rəssamı, professor Kamil Əliyevin mirasına sahib olmaq üçün iddia irəli sürüb. Ailə dəyərlərindən uzaq olan birinin bu gün xalqa mənəviyyat dərsi keçməsi, xalqın parlamentdə təmsilçisi olmaq sevdasına düşməsi insanlar arasında ən azı ikrah hissi doğurur.  Amma Əli Əliyev  özünün kimliyindən “xəbərsiz” olsa da, xalq onun keçmişinə yaxşı bələd olduğu üçün bu günədək qatıldığı bütün seçkilərdə layiq olduğu dəyəri verib. Parlament seçkilərində seçicilərin heç 1 faizinin  belə səsini qazanmamasından dərs almayan əli əliyevlərin yenidən millət vəkili olmaq xülyasına düşmələri onların simasızlıqlarının aydın ifadəsini yaradır.” Sezar pizza

“Belə “siyasətçi” bu gün hansı haqla  Yeni Azərbaycan Partiyasının ünvanına əsassız fikirlər səsləndirə bilər?” deyən  Vüqar Rəhimzadə əlavə edib ki,  Azərbaycanın müstəqillik tarixinin bələdçisi olan YAP-ın cəmiyyətdə nüfuzu, çəkisi göz önündədir. 760 mindən artıq üzvü sıralarında birləşdirən partiyanı cəmiyyətin avanqard qüvvəsinə çevirən bu siyasi təşkilatın  monolitliyi, sözlə əməlinin birliyi, dövlətin, xalqın gələcəyini düşünərək qəbul etdiyi qərarlar, dövrün, zamanın tələblərinə uyğun olaraq irəli sürdüyü təşəbbüslər, bir sözlə, Azərbaycanı daha güclü görmək istəyidir: “Əli Əliyev kimilər Yeni Azərbaycan Partiyasının fəaliyyət yolunu ancaq dövlətçilik tarixindən oxuyub, öyrənə bilərlər. Nəinki partiyasını,  kiçik dövlət kimi dəyərləndirilən ailə modelini düzgün qurmağı bacarmayan birisinin bu gün heç bir haqqı, hüququ olmaya-olmaya  dövlət idarəçiliyi iddiasına düşməsi gülüncdür. Görəsən, illik xərci 200 manat olan, özünün yaxın çevrəsindən başqa 1 nəfər də olsun üzvü olmayan bir partiyanın yalnız möhürlü və qovluqlu sədri olan Əli Əliyev düşünmürmü ki, 760 minlik Yeni Azərbaycan Partiyasının hər bir üzvü 1 cümlə yazsa, qondarma VİP-in qondarma sədri ömrünü ancaq onları oxumağa sərf edə bilər.  Dərk etmirmi ki, bu gün sosial şəbəkə “ulduzu” olan  Əli Əliyev kimi qondarma siyasətçilərin də həyatını elə Yeni Azərbaycan Partiyası, onun yaradıcısı, müasir müstəqil  Azərbaycan dövlətinin qurucusu,   ümummilli lider Heydər Əliyev xilas edib? Görəsən, ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyası ötən əsrin 90-cı illərinin əvvəllərində parçalanmağın, vətəndaş müharibəsinin bir addımlığında olan Azərbaycanı xilas edərkən, “91-lər”, partiyanın on minlərlə üzvləri, təəssübkeşləri və tərəfdarları meydanlarda mübarizə apararkən Əli Əliyev kimilər harada idilər? Özlərini şəxsi həyatda tapa bilməyənlərin siyasət nəhənglərinin ünvanına cəfəng və həqiqətdən uzaq   fikirlər səsləndirməyə haqları varmı? Ona görə də yaxşı olar ki, Əli Əliyev “Osmanqızı”, “Bumeranq” kimi “youtube” kanallarında monoloq şoularına son qoysun, öz adına olan 4-5 saxta “facebook” səhifələrini də bağlatdırsın. Unutmasın ki, siyasətdə ucuz reklam yolu ilə qərar tutmağa çalışmaq mümkünsüzdür.  Xalq kimin kim olduğunu yaxşı bilməklə yanaşı, utopiyalara deyil, reallıqlara dəyər verir. Bu günün reallığı isə budur ki, Azərbaycan ən yüksək zirvələri fəth edir, ölkənin  ictimai-siyasi həyatında aparıcı rol oynayan, milyonların partiyası olan Yeni Azərbaycan Partiyası yeni hədəflərin gerçəkləşməsinə töhfələr verməklə dövlətimizin daha da qüdrətlənməsinə, xalqın rifahının gündən-günə yüksəlməsinə səy göstərir.  YAP xalqın partiyasıdır.  Yaxşı olar ki,  Əli Əliyev kimi  siyasətdən, yaxın tariximizin dərslərindən xəbərsiz olanlar özlərində cəsarət tapıb reallıqları etiraf edərək siyasət meydanını tərk etsinlər. Özü də birdəfəlik!”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • AZAd ol
    Əli Əliyev AMİP barədə dəfələrlə açıqlama verib,bu öz yerində. 760 min YAP üzvü niyə çlxlb Jirinovskiyə cavab vermədi. Bunu da xalıq yaxşı bilir. Yənə Əli Əliyev ona lazımı cavab verdi. Sən niyə susdun? sən də Moskvadan yallanırsan.
    5 years ago