Yapon ordusu NATO təlimlərinə qatıldı

saytların hazırlanması

Evə çatdırılma

Yapon ordusu NATO təlimlərinə qatıldı

Dünya

08 İyun 2022 12:25 834


Yaponiya və NATO ölkələrinin donanmaları son 4 ildə ilk birgə hərbi təlimlər keçirib.

Yenisabah.az “Asahi”yə istinadla xəbər verir ki, bu barədə Yaponiya Hərbi Komandanlığı məlumat yayıb.

Təlimdə Yaponiyanın iki hərbi gəmisi, eləcə də İtaliya və Türkiyədən bir freqat iştirak edib.  Toyuqlu pizza

Qeyd edək ki, iyunun 7-də Tokioda NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Kodzi Yamazaki və müdafiə naziri Nobuo Kisi ilə danışıqlar aparıb.

Danışıqlarda daha tez-tez birgə hərbi təlimlərin keçirilməsi və Tokio ilə Şimali Atlantika Alyansı arasında əməkdaşlığın digər formalarının genişləndirilməsi də diqqət mərkəzində olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!