Yaponiyanın mərkəzi hissəsində bir kiloqram çay yarpağı 1,96 milyon yenaya (təxminən 15,5 min dollar) satılıb ki, bu da belə hərraclar üçün mütləq rekorddur.
Yenisabah.az Kyodo-ya istinadla xəbər verir ki, hərraclar hər il aprel ayında ölkənin ən yaxşı çay plantasiyalarının yerləşdiyi ərazi olan Şizuokada keçirilir.
Mütəxəssislər dequstasiyadan sonra qeyd ediblər ki, rekord qiymətə alınan yaşıl çay özünəməxsus intensiv dada, ətirə və xüsusilə tünd rəngə malikdir. Bazar ertəsi Şizuokada keçirilən hərracda yeni məhsuldan alınan çayın kiloqramı orta hesabla 5000 yenaya (təxminən 40 dollar) satılıb. pizza hut
Yaponiya tez-tez qiymət rekordlarına imza atan kənd təsərrüfatı hərracları ilə məşhurdur. Belə ki, ötən ilin iyulunda Kanazavada keçirilən hərracda nadir “Pima Ruby” üzüm salxımı təxminən 13 min dollara satılıb.
Cavad Salmanli
Telegram kanalımız