Yasamal və Qaradağ sakinlərinin   NƏZƏRİNƏ: SABAH...

saytların hazırlanması

Evə çatdırılma

Yasamal və Qaradağ sakinlərinin NƏZƏRİNƏ: SABAH...

Sosial

06 Avqust 2024 21:40 753


Sabah Yasamal və Qaradağ rayonlarının bir hissəsində qaz təchizatı dayandırılacaq.

Yenisabah.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, Yasamal rayonunun Həsən bəy Zərdabi prospekti 47 və 75 ünvanlarında, Qaradağ rayonunun isə Ümid qəsəbəsində yeni çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə avqustun 7-si saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq. Pepperoni pizza

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi və Mətbuat prospektlərinin, eləcə də Akim Abbasov və Haqverdiyev küçələrinin bir hissəsinin, Qaradağ rayonunun isə Ümid qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!