Polis Yasamal rayonunda narkokuryerlərə qarşı əməliyyatlar keçirib.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə bağlı 10 fakt aşkarlanıb.
Əməliyyatlar zamanı 42 yaşlı Babək Niftiyev, 34 yaşlı Saleh Salahov, 52 yaşlı Samir Mustafayev və daha 7 nəfər saxlanılıblar. Qanunsuz dövriyyədən 3 kiloqrama yaxın heroin, tərkibi pisxotrop maddələrlə zənginləşdirilmiş marixuana və metamfetamin aşkarlanıb. Dominos pizza
Faktlarla bağlı araşdırmalar aparılır.
Telegram kanalımız