Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb.
Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib.
H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı PB-nın əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. pizza mizza
Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.
Telegram kanalımız