İngiltərə və İspaniya Türkiyəyə "Eurofighters" təyyarələri satmağın əleyhinə deyillər, lakin Almaniya hələ də buna qarşıdır.
Yenisabah.az NTV-yə istinadla xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bildirib.
“Eurofighter mövzusu yeni deyil, onun artıq 2-3 yaşı var. Məndən əvvəlki nazirlər bununla məşğul olurdular. Təbii ki, alternativləri öyrənirik və tərəfdaşlarla danışırıq. "Eurofighter" çox yaxşı alternativdir. Ehtiyacımız var və onları almaq istəyirik. İspaniya və İngiltərənin bununla bağlı heç bir problemi yoxdur. Almaniya tərəfdaşımız kimi birbaşa imtina etdiyini bildirmir. Müttəfiq müttəfiqə bunu deməz. Amma onlar da çətin vəziyyətdədirlər. Ümid edirəm ki, məsələ sonda öz həllini tapacaq”, - deyə nazir vurğulayıb. pizza sifarişi
Nazir qeyd edib ki, NATO daxilində Türkiyənin silah almasına qarşı müxalifət var:
“Almaniya tərəfində əsaslar fərqli görünür. Amma üzr istəyirəm, biz sizin tərəfdaşlarınız və müttəfiqlərik. Müdafiə sənayemiz o qədər inkişaf edib ki, bəlkə sabah sizə silah satarıq”.
Telegram kanalımız