“Yasda halva yedim, gözüm qaralmağa başladı” - 105 nəfər belə zəhərlənib 

saytların hazırlanması

Evə çatdırılma

“Yasda halva yedim, gözüm qaralmağa başladı” - 105 nəfər belə zəhərlənib 

Sosial

12 Avqust 2024 09:41 1338


Gəncədə yas mərasimində baş vermiş zəhərlənmə hadisəsinin bəzi detalları məlum olub. 

Yenisabah.az-ın "Baku TV"yə istinadən verdiyi məlumata görə, zərərçəkən Eldəniz Cəfərov bildirib ki, hadisə şəxsi evdə, dostunun atasının yas mərasimində baş verib: 

"Orada halva, çay-çörək yedik. Bir saat keçmədi ki, gözüm qaralmağa başladı, ürəyim bulandı. Daha sonra bizi xəstəxanaya gətirdilər".  pizza

Gəncə Şəhər Xəstəxanasının şöbə müdiri İradə Dəmirova bildirib ki, müraciət edən xəstələrin əksəriyyəti bozartma, pomidor və yuxadan istifadə ediblər: 

"Zəhərlənmənin səbəbi məlum deyil. Hər vəziyyətdə xəstələr gətirilir, durumu ağır olanlar da var. Təcili göstəriş almışıq. İlkin tibbi yardımlar göstərilir. Ölüm hadisəsi qeydə alınmayıb". 

Qeyd edək ki, yas mərasimində zəhərlənənlərin sayı 105 nəfərə çatıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!