“Vətən uğurunda canını qurban verənlər və sağlamlığını itirənlər heç vaxt unudulmur. Ölkəmizdə şəhid ailələrinin, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi üçün bir çox sosial proqramlar da həyata keçirilib”.
“Yeni Sabah” xəbər verir ki, bunu Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib. O, bildirib ki, şəhid ailələri və müharibə əlilləri mənzil və avtomobil təminatı, habelə birdəfəlik sığorta ödənişi ilə yanaşı, orta hesabla aylıq əsasda 700 manat sosial ödəniş alırlar. Bu ödənişlərin daha da təkmilləşdirilməsi, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində mütəmadi iş aparılır.
Ç.Qənizadə iyulun 14-də Prezident İlham Əliyevin Bakının Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimindən söhbət açaraq bildirib ki, həmin mərasim bu qəbildən olan insanlara diqqət və qayğının növbəti təzahürüdür. Qəsəbədə inşa olunan 15 ədəd doqquzmərtəbəli binadan ibarət 810 mənzilli yaşayış kompleksi mərhələli şəkildə şəhid ailələrinə və müharibə əlillərinə paylanılacaq. pizza
“Göründüyü kimi, Vətən uğurunda canından keçən və sağlamlığını əsirgəməyənlər heç zaman unudulmur. İndiyədək, ümumiyyətlə, 7200 müharibə əlilinə avtomobilin hədiyyə olunması da bundan xəbər verir. Bu il daha 150 avtomobilin verilməsi nəzərdə tutulub. Şəhid ailələrinin üzvləri və müharibə veteranlarının məşğulluq məsələləri də diqqət mərkəzindədir. Son 6 ayda bu qəbildən olan insanların 47 min 400 nəfər işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına, 56 min nəfər isə ictimai işlərə cəlb olunub. Faktlar da təsdiqləyir ki, hazırda koronavirus pandemiyası dünyanı ağuşuna alsa da, ölkəmizdə sosial layihələrin həyata keçirilməsinə problem yarada bilmir.
Ç.Qənizadə diqqəti dövlət başçısının həmin mərasimdəki nitqinə cəlb edərək deyib: “Prezident İlham Əliyev bildirdi ki, şəhid ailələri və müharibə əlilləri üçün yeni salınmış yaşayış kompleksi 810 mənzildən ibarətdir. Eyni zamanda, burada 620 nəfərlik məktəb, uşaq bağçası artıq fəaliyyətə hazırdır. Yəni, burada rahat yaşamaq üçün bütün imkanlar var. Burada şəhid ailələri, Qarabağ qaziləri yaşayacaqlar”.
Ç.Qənizadə deyib ki, dövlət başçısı, Müzəffər Ali Baş Komandan Ermənistana və onun havadarlarına mesaj da göndərdi. Bildirdi ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir. Delimitasiya işləri ilə bağlı indi beynəlxalq təşkilatlar da müsbət reaksiya verirlər. Əgər Ermənistan bunu etmək istəmirsə, özü bilər, ancaq yaxşı fikirləşsinlər, sonra gec ola bilər. Necə ki, vaxtilə əgər öz xoşları ilə bizim torpaqlarımızdan çıxsaydılar, bu qədər rəzil duruma düşməzdilər. Bizim bu təklifimiz qalib ölkənin təklifidir, güclü tərəfin təklifidir, müzəffər xalqın təklifidir.
Telegram kanalımız