Yayın ortasında 5 metr qar yağdı: Yolları açmaq üçün texnika səfərbər edildi

saytların hazırlanması

Evə çatdırılma

Yayın ortasında 5 metr qar yağdı: Yolları açmaq üçün texnika səfərbər edildi

Hadisə

28 İyun 2026 12:50 1463


Türkiyənin Hakkari vilayətinin Yüksekova rayonunda yayın gəlişinə baxmayaraq, yüksək dağlıq ərazilərdə qar təmizləmə işləri davam edir.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, rayon mərkəzindən təxminən 40 kilometr uzaqlıqda yerləşən İkiyaka dağlarındakı Sat Göllərinə gedən yolun açılması üçün xüsusi texnikalar cəlb olunub. Sezar pizza

Bəzi ərazilərdə qarın qalınlığı 5 metrə, bəzi nöqtələrdə isə 6 metri keçir. Ağır texnikalarla qar dəhlizləri yaradılır və yolun yenidən istifadəyə verilməsi istiqamətində işlər aparılır.

Rəsmilər bildiriblər ki, dik və kələ-kötür relyef, həmçinin uçqun təhlükəsi işləri çətinləşdirir. Buna baxmayaraq, qruplar yolu mümkün qədər tez açmaq üçün fasiləsiz fəaliyyət göstərirlər.

Hakkarinin yüksək dağlıq bölgələrində qışın sərt keçməsi səbəbindən bəzi yollar hər il yay aylarına qədər qar altında qalır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!