Nəriman Həsənzadənin vəziyyəti necədir?   - “Həkimlər ayılmasını gözləyirlər”

saytların hazırlanması

Evə çatdırılma

Nəriman Həsənzadənin vəziyyəti necədir? - “Həkimlər ayılmasını gözləyirlər”

Mədəniyyət

28 İyun 2026 15:18 564


“Nəriman Həsənzadənin vəziyyəti ağır-stabil olaraq qalır”.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Musavat.com-a Azərbaycanın Əməkdar incəsənət xadimi, Xalq şairi Nəriman Həsənzadənin köməkçisi Arif Mehmandost deyib. O bildirib ki, şairin müalicəsi davam etdirilir, onun huşu özündə deyil:

“İyunun 12-də Nəriman Həsənzadə xəstəxanaya yerləşdirilib. Son 5 gündə vəziyyəti lap pisləşdi. Bu müddət ərzində huşu özündə olmadı, yatılı vəziyyətdə oldu. Ancaq dünəndən həkimlər yuxu ilə bağlı dərmanları dayandırıblar. Həkimlər onun ayılmasını gözləyirlər. Vəziyyəti ağır olaraq qalır”. Dördpendirli pizza

Qeyd edək ki, Nəriman Həsənzadə Mərkəzi Klinikada müalicə olunur. O, xroniki orqan çatışmazlığı diaqnozu ilə tibb müəssisəsinə qəbul olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!