Qızdırma, baş ağrısı və əzələ ağrıları hər zaman mövsümi virus infeksiyasına işarə etmir. Bu qeyri-spesifik simptomlar bəzən ölümcül xəstəliklərin – Ebola qızdırması və hantavirus infeksiyasının ilkin əlamətləri ola bilər.
"Yeni Sabah" Globalinfo.az-a istinadla xəbər verir ki, bu barədə “Canadian Medical Association Journal” (CMAJ) jurnalında dərc olunan silsilə məqalələrdə bildirilir.
Mütəxəssislər xüsusilə Şimali Amerikada geniş yayılmış hantavirusa diqqət çəkirlər: Pepperoni pizza
“Bu virus adətən yoluxmuş gəmiricilərlə təmas zamanı insana keçir. Ən çox narahatlıq yaradan Andes virusu (Andes virus) ştammıdır, çünki digər hantaviruslardan fərqli olaraq o, insandan insana da keçə bilir, o cümlədən hava-damcı yolu ilə yayılma ehtimalı da var.
Hantavirusa qarşı spesifik dərman və peyvənd hələ mövcud deyil. Müalicə yalnız ağır fəsadlarla, o cümlədən ürək-ağciyər sindromu və böyrək zədələnməsi ilə mübarizəyə yönəlmiş dəstəkləyici terapiyadan ibarətdir. Buna görə də erkən diaqnoz və yoluxanların ciddi izolasiya olunması həlledici əhəmiyyət daşıyır”.
Bildirilir ki, Ebola qızdırması da eyni dərəcədə təhlükəlidir:
“Onun təbii rezervuarı meyvə yarasaları (uçan tülkülər) hesab olunur, yoluxma isə bioloji mayelər və çirklənmiş səthlər vasitəsilə baş verir. Həkimlər ən böyük irəliləyişi “Zaire” ştamına qarşı əldə ediblər: peyvənd və antiviral preparatların tətbiqi sayəsində ölüm göstəricisi təxminən 35%-ə qədər azaldılıb.
Lakin hazırkı Demokratik Konqo Respublikasındakı epidemiya “Bundibugyo” ştamından qaynaqlanır və bu ştama qarşı hələ rəsmi təsdiqlənmiş peyvənd yoxdur”.
Mütəxəssislərin məlumatına görə, bu infeksiyada ölüm riski 50%-ə qədər çata bilər:
“İlkin simptomların qrip və digər geniş yayılmış virus infeksiyalarına bənzəməsi erkən diaqnozu çətinləşdirir”.
Yoluxma mənbəyi ilə təmasdan şübhə olduqda və ya riskli bölgələrə səfər edildikdə həkimlər dərhal tibbi yardım almağı tövsiyə edirlər, çünki vaxtında aşkarlama sağ qalma şansını əhəmiyyətli dərəcədə artırır.
Telegram kanalımız