İranın endirdiyi zərbə nəticəsində Bəhreynin Məhərrəq əyalətində yerləşən yaşayış binasına ziyan dəyib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Bəhreynin Daxili İşlər Nazirliyi məlumat yayıb.
"İranın təcavüzü nəticəsində Məhərrəq əyalətində yaşayış binasına ziyan dəyib. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb", - deyə qurumun "X" sosial şəbəkəsində yayımladığı bəyanatda bildirilir. pizza mizza
Bəyanatda qeyd olunur ki, aidiyyəti dövlət qurumları hadisə yerində araşdırma və digər zəruri tədbirləri davam etdirirlər.
Xatırladaq ki, iyunun 27-də Bəhreyn hakimiyyəti İran Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının ölkə ərazisinə hücum etdiyini açıqlamışdı. Bu gün isə İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynin Salman limanında yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının bazasına raket və PUA zərbələri endirdiyi barədə hesabat yayıb./Oxu.az
Telegram kanalımız