Xəstəliyi olanlar diqqətli olsun   - Yayın bu havası ağrıları artıracaq

saytların hazırlanması

Evə çatdırılma

Xəstəliyi olanlar diqqətli olsun - Yayın bu havası ağrıları artıracaq

Sağlamlıq

28 İyun 2026 22:18 268


İyunun sonuna yaxınlaşsaq da, son günlər ölkə ərazisində gecə saatlarında yağan yağışlar və havanın dəyişməsi bir çox insanın sağlamlığına təsir göstərir. Xüsusilə revmatizm, oynaq və sümük-əzələ sistemi xəstəliklərindən əziyyət çəkən şəxslər ağrıların artdığını bildirirlər.

“Yeni Sabah” xəbər verir ki, həkimlərin sözlərinə görə, gün ərzində isti, gecələr isə sərin və rütubətli hava şəraiti orqanizmdə bir sıra fizioloji dəyişikliklərə səbəb olur. Atmosfer təzyiqinin dəyişməsi və havada rütubətin artması xüsusilə xroniki xəstəlikləri olan insanların vəziyyətinə mənfi təsir göstərir.

Onlar bildirirlər ki, belə hava şəraitində oynaq ağrıları, bel və boyun nahiyəsində tutulmalar, səhərlər hərəkət məhdudiyyəti, ümumi halsızlıq və yorğunluq halları daha çox müşahidə olunur. Atmosfer təzyiqinin enib-qalxması oynaq daxilindəki təzyiqə təsir göstərdiyindən ağrılar daha da güclənə bilər. Pepperoni pizza

Rusiyalı həkim Aleksandr Myasnikov qeyd edir ki, hava dəyişikliyi özü xəstəlik yaratmır, lakin artıq mövcud olan xroniki problemlərin daha qabarıq hiss edilməsinə səbəb olur. Onun sözlərinə görə, rütubətli hava sinir uclarının həssaslığını artırdığı üçün ağrı hissi daha intensiv qəbul edilir.

Mütəxəssislər bildirirlər ki, qeyri-sabit hava şəraiti yalnız revmatizm xəstələri üçün deyil, yüksək qan təzyiqindən əziyyət çəkənlər, yaşlı insanlar və immun sistemi zəif olan şəxslər üçün də əlavə risk yaradır. Gecə saatlarında temperaturun enməsi soyuqdəymə və virus infeksiyalarına yoluxma ehtimalını artırır, bəzi insanlarda isə yuxu pozğunluğu və halsızlıq müşahidə olunur.

Həkimlər bu dövrdə gecələr isti geyinməyi, kondisionerdən istifadə zamanı otaq temperaturunu kəskin aşağı salmamağı, rütubətli mühitdə uzun müddət qalmamağı və yüngül fiziki aktivliyi davam etdirməyi tövsiyə edirlər. Xroniki xəstəliklərdən əziyyət çəkən şəxslərə isə həkim təyin etdiyi müalicə rejiminə ciddi əməl etmək məsləhət görülür.

Aleksandr Myasnikov revmatizm və oynaq xəstəliklərindən əziyyət çəkən şəxslərə yay aylarında ağrılar azalsa belə, müalicəni yarımçıq saxlamamağı tövsiyə edir. Onun sözlərinə görə, isti hava bəzi pasiyentlərdə narahatlığı müvəqqəti azalda bilər, lakin temperaturun qəfil dəyişməsi, gecələrin sərin və rütubətli keçməsi xəstəliyin yenidən kəskinləşməsinə səbəb ola bilər.

Həkim məsləhət görür ki, revmatizm xəstələri uzun müddət kondisionerin qarşısında oturmasın, yağışdan sonra islanmış paltarla qalmayın, orqanizmi həddindən artıq soyutmaqdan çəkinsinlər. O, həmçinin hər gün yüngül fiziki hərəkətlər etməyi, üzgüçülük və gəzinti kimi oynaqlara yük salmayan fəaliyyətlərə üstünlük verməyi, kifayət qədər su qəbul etməyi və həkimin təyin etdiyi dərmanları müntəzəm istifadə etməyi tövsiyə edir.

Myasnikovun sözlərinə görə, oynaq ağrıları kəskin şəkildə artarsa, şişkinlik və hərəkət məhdudiyyəti yaranarsa, bunu yalnız hava dəyişikliyi ilə əlaqələndirmək düzgün deyil. Belə hallarda vaxt itirmədən revmatoloqa müraciət etmək lazımdır. O vurğulayır ki, düzgün həyat tərzi və müalicə rejiminə əməl edən xəstələrdə mövsümi hava dəyişikliklərinin təsiri xeyli zəifləyir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!