Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazandılar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan cüdoçuları Avropa Açıq Turnirində 4 medal qazandılar

İdman

28 İyun 2026 22:58 87


Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.

"Yeni Sabah" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, son yarış günündə Əjdər Bağırov (100 kq) Azərbaycan millisinin hesabına növbəti medalı yazdırıb.

Cüdoçu gümüş mükafata sahib çıxıb. pizza mizza

Xatırladaq ki, ilk yarış günündə Elşən Əsədov (66 kq) qızıl, Rəşad Yelkiyev (66 kq) gümüş, Kamran Süleymanov (73 kq) isə bürünc medal qazanmışdı.

Azərbaycan millisi turniri 1 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 4 medalla başa vurub. Yığma 38 ölkə arasında ümumi komanda hesabında altıncı yeri tutub, kişilər arasında isə Fransa ilə ikinci-üçüncü pilləri bölüşüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!