Səudiyyə Ərəbistanında məşhur şirkətin helikopteri qəzaya uğradı: 14 ölü

saytların hazırlanması

Evə çatdırılma

Səudiyyə Ərəbistanında məşhur şirkətin helikopteri qəzaya uğradı: 14 ölü

Dünya

28 İyun 2026 16:57 134


Səudiyyə Ərəbistanının şərqində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco" dövlət neft şirkətinə məxsus helikopterin qəzaya uğraması nəticəsində azı 14 nəfər həlak olub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi Energetika Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Hadisə nəticəsində helikopterin göyərtəsində olan 14 nəfərin hamısı həlak olub. Onların hər biri Səudiyyə Ərəbistanı vətəndaşı olub", - deyə mənbə bildirib. Dominos pizza

Mənbənin sözlərinə görə, aidiyyəti qurumlar aviaqəzanın başvermə səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıblar.

Qeyd edək ki, Fars körfəzi sahilində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco" şirkətinin iri neft emalı kompleksi, eləcə də dünyanın ən böyük dəniz neft terminallarından biri fəaliyyət göstərir./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!