Qəbələdə sel: Bəzi həyətləri su basdı

saytların hazırlanması

Evə çatdırılma

Qəbələdə sel: Bəzi həyətləri su basdı

Sosial

28 İyun 2026 20:03 125


Qəbələdə güclü leysan yağışlarından sonra evlərin həyətinə su dolub.

"Yeni Sabah" APA-ya istinadən xəbər verir ki, günorta saatlarından başlayaraq leysan xarakterli yağışlar nəticəsində Qəbələnin Vəndam qəsəbəsində Qaraçaydan sel keçib.

Nəticədə kəndin mərkəzində çay kənarında yerləşən məscidin həyətinə, yeni tikilən yolun bir hissəsinə, eləcə də çay kənarında yerləşən bağ və digər ərazilərə selin gətirdiyi lil yığılıb. Dominos pizza

Sel yeni tikilən yolun bir hissəsini də tamamilə yararsız vəziyyətə salıb. Leysan yağışları ilə əlaqədar avtomobillərin hərəkətində çətinliklər yaranıb. Selin yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!