Yəmən prezidenti istefa verdi

saytların hazırlanması

Evə çatdırılma

Yəmən prezidenti istefa verdi

Dünya

18 Aprel 2022 08:44 489


Yəmən Prezidenti Abd Rabbu Mansur Hadi istefa verib.
 

Trend xəbər verir ki, bu barədə "Wall Street Journal" məlumat yayıb.

Məlumata görə, Səudiyyə Ərəbistanı hakimiyyəti Hadini istefaya getməyə və səlahiyyətləri İdarəetmə Şurasına təhvil verməyə məcbur edib.

Bəzi mənbələrə görə, Səudiyyə rəsmiləri Hadini hakimiyyətdən getməyə razı salmağa çalışaraq, onun korrupsiya fəaliyyəti ilə bağlı iddia edilən sübutları yaymaqla hədələyiblər. Hazırda prezidentin faktiki olaraq ev dustaqlığında olduğu bildirilir. pizza sifarişi

Qeyd edək ki, aprelin 7-də Yəmən Prezidenti hakimiyyəti yeni yaradılan İdarəetmə Şurasına təhvil verdiyini bildirib. Şuraya Yəməndəki müxtəlif 8 siyasi və hərbi qüvvələrin liderləri, o cümlədən ölkənin cənubundakı separatçı Cənubi Yəmənin Keçid Şurası daxildir. Şuranın yaradılması Ər-Riyadda məsləhətləşmələrdən sonra elan edilib və onun iştirakçıları yeni güc strukturunu husilərlə danışıqlara başlamağa çağırıblar.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!