“Yeni əməliyyat Türkiyənin problemini həll etməyəcək“ - Lavrentyev

saytların hazırlanması

Evə çatdırılma

“Yeni əməliyyat Türkiyənin problemini həll etməyəcək“ - Lavrentyev

Dünya

16 İyun 2022 15:49 834


"Ankara Suriyada yeni əməliyyata başlamaqdan çəkinməlidir".

Yenisabaha.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin Suriya üzrə nümayəndəsi Aleksandr Lavrentyev bildirib.

O əlavə edib: "Rusiya Türkiyəyə bunun silahlı qarşıdurmanın yeni raunduna gətirib çıxara biləcəyindən və separatizmi stimullaşdıra biləcəyindən ehtiyat edir". pizza sifarişi

“Bildiyimiz kimi, əməliyyatın keçirilməsi ilə bağlı yekun qərar hələ verilməyib. Türkiyəli tərəfdaşlarımıza Suriyada hərbi əməliyyatlar keçirməkdən çəkinmələri üçün müraciət etmişik və edirik. Türk dostlarımıza açıq şəkildə bildirdik ki, bu vəziyyətin daha da gərginləşməsinə, o cümlədən silahlı qarşıdurmaya səbəb ola bilər. Bu, nə Türkiyənin, nə Rusiyanın, nə İraqın, nə də İranın maraqlı olduğu Suriyanın şimal-şərqindəki qondarma muxtar administrasiyanın separatçı hisslərini stimullaşdıra bilər”.

“Hərbi əməliyyat hazırda mövcud olan bütün problemləri və hər şeydən əvvəl Türkiyənin milli təhlükəsizliyi problemini tam həll etməyəcək. Türkiyənin milli təhlükəsizliyi problemi yalnız Suriya hökumət qüvvələrinin sərhədləri tam nəzarətə götürməsi ilə həll edilə bilər”, - deyə Lavrentiyev Suriya üzrə Astana formatında danışıqların 18-ci raundunun yekunlarına əsasən bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!