Yeni Günəşlidə binanı su basdı - Video

saytların hazırlanması

Evə çatdırılma

Yeni Günəşlidə binanı su basdı - Video

Hadisə

08 May 2022 10:00 278


Suraxanı rayon Yeni Günəşli qəsəbəsində leysan yağışın yağması nəticəsində 7-ci binanın 7-8 və 9-cu mərtəbələrini su basıb.

Yenisabah.az xəbər verir ki, təbii fəlakət nəticəsində binadakı mənzillərin koridorları pis vəziyyətə düşüb.

7-ci binanın sakini, şikayətçi Əliyev Sabir Paşa oğlunun sözlərinə görə, buna səbəb binada lift təmirinin aparılması zamanı binanın şaxtasının sökülməsidir.
Şikayətçi onu da qeyd edib ki, bu hal əvvəllər də təkralanıb. Lakin o, Mənzil Kommunal İdarəsinə dəfələrlə müraciət etsə də, ona cavab verilməyib. Bina sakini həmçinin, onu da vurğulayıb ki, leysan yağış nəticəsində axan suyun qarşısını ala bilmir. Toyuqlu pizza

Ətraflı olaraq növbəti reportajımızda həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!