“Yeni Milli Təhlükəsizlik Konsepsiyasında (MTK) Ermənistanla bağlı yeni maddələr əlavə olunacaq”.
Bunu Yenisabah.az-a Milli Məclisin deputatı Tahir Rzayev bildirib.
O, MTK-nın yenilənməsi zərurətindən danışıb. Dördpendirli pizza
Xatırladaq ki, 2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub. Konsepsiyanın bir sıra müddəaları isə artıq yeni reallıqları əks etdirmir. Sənəddə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi, Qarabağ münaqişəsinin nizamlanmasında yeganə vasitəçinin ATƏT-in Minsk qrupu olması və s. kimi zamanla köhnəlmiş müddəalar mövcuddur.
T. Rzayev qeyd edib ki, Azərbaycan artıq öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edibsə, deməli, Milli Təhlükəsizlik Konsepsiyasının yenilənməsinə və Qarabağla bağlı maddələrin sənəddən çıxarılmasına ehtiyac var.
Deputatın fikrincə, növbədənkənar prezident seçkilərindən sonra MTK-da dəyişikliklər aparıla bilər:
“Bir çox məsələ var ki, onlar müəyyən dövlət proqramlarında və layihələrdə öz əksini tapmışdı. Sözsüz ki, indiki mərhələdə həmin müddəalar həmin sənədlərdən çıxarılmalıdır”.
Deputat hesab edir ki, növbəti Milli Təhlükəsizlik Konsepsiyasında da Ermənistanla bağlı yeni müddəalar əlavə olunacaq:
“Çünki Ermənistana heç vaxt ermənilərə arxayın ola bilmərik. Onların uzun illər başımıza gətirdiyi bəlalar yaddaşımıza əbədi həkk olunub: 1905, 1918, 1920, 1948, 1953 və 1988-ci illər.
Yeni tariximizə aid olan mühüm çağırışlarla bağlı məsələləri mütləq müvafiq konsepsiyada öz əksini tapmalıdır. Cənab Prezident də bunu söyləyir, Ulu Öndər də deyirdi ki, tariximizə nəzər salmalı, ondan ibrət almalı, onu öyrənməliyik. Sözsüz ki, bunlar yeni vəzifələr qarşıya qoyur. Amma Ermənistanla münasibətlər yaddan çıxmamalıdır”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız