“Yeni müharibə başlasa, Ermənistan dünya xəritəsindən silinəcək“   - Deputat

saytların hazırlanması

Evə çatdırılma

“Yeni müharibə başlasa, Ermənistan dünya xəritəsindən silinəcək“ - Deputat

Siyasət

16 İyul 2021 15:26 1332


"Ermənistanın sülh sazişindən imtina etməsi Azərbaycan Respublikasının ərazi bütövlüyünü, sərhədlərini tanımaması anlamına gəlir. Bu o deməkdir ki, Ermənistan Azərbaycan ilə mehriban qonşular kimi sülh şəraitində dinc yanaşı yaşamaqdan imtina edir”.

Yenisabah.az xəbər verir ki, bunu Bakupost.az -a Milli Məclisin deputatı Musa Qasımlı deyib.

Onun sözlərinə görə, belə bir xəttin yekunu Ermənistan üçün fəlakətdən başqa bir şey olmayacaq: pizza

"Yəni 44 günlük müharibənin nəticəsi ermənilərə dərs olmalıdır. Yeni müharibə qurama Ermənistan dövlətinin dünyanın siyasi xəritəsindən silinməsinə gətirib çıxara bilər. Ermənistan Azərbaycanın dünya birliyi tərəfindən qəbul edilmiş, tanınmış ərazi bütövlüyünü və sərhədlərini tanımalıdır. Əks təqdirdə özünü dünya birliyinə də qarşı qoymuş olur. Ermənilər unutmamalıdırlar ki, onlar Cənubi Qafqazda aborigen deyil, gəlmədirlər və indiki Ermənistan tarixi Azərbaycan torpaqlarında yaradılıb, İrəvanı da Azərbaycan paytaxt olaraq verib. Ermənistanın hər hansı avantürist hərəkətləri tarixi Azərbaycan torpaqları olan Zəngəzur, Göyçə mahalı, İrəvanın geri qaytarılması məsələsini gündəliyə gətirə bilər. Bu məsələdə tarixi ədalət Azərbaycanın tərəfindədir. Tarixi ədaləti bərpa etmək üçün hüquqi, siyasi və digər mexanizmlər də işə salına bilər. Ermənistan ağlını başına yığmasa, heç bir gələcəyi yoxdur". 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!