Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

saytların hazırlanması

Evə çatdırılma

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunur

Dünya

24 Mart 2024 23:14 910


Martın 24-də Yerdə çox güclü maqnit qasırğası müşahidə olunur.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun (TGİ) kosmik hava durumu monitorinqi bildirib.

“Maqnit qasırğası davam edir”, – TGİ diqqətə çatdırıb. Dominos pizza

Yerin maqnit sahəsindəki sapma indi G4 səviyyəsinə çatıb (bu, beş indikatorlu monitorinq şkalasında “çox güclü” deməkdir, G5 “son dərəcə güclü”, G1 isə “zəif”dir).

Bu səviyyədəki maqnit qasırğası Yer kürəsində rabitəyə ciddi müdaxilələrlə yanaşı, radiorabitələrdə ciddi pozuntular, habelə peyk və radiotezlik naviqasiyasında bir neçə saatlıq fasilələrə yol aça bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!