Yevlax görüşü ilə bağlı ilk rəsmi açıqlama

Yevlax görüşü ilə bağlı ilk rəsmi açıqlama

Siyasət Veb saytların hazırlanması

21 Sentyabr 2023 14:47 16009


"Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlərin bir görüşdə həllini gözləmək çətindir". 

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Sky News Arabia" telekanalının efirində deyib. 

"Hesab edirəm ki, Yevlaxda bugünkü danışıqlar çoxlu görüşlərdən birincisidir. Gözləmək lazım deyil ki, Qarabağ erməniləri ilə Azərbaycan arasında bütün problemlər bir görüşdə həll olunacaq", - o bildirib. 

"Qarabağdakı ermənilərin sonrakı taleyi Azərbaycanın daxili işidir", - E.Əmirbəyov əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!