Yevlax görüşündə erməni icması bunu istəyəcək…

Yevlax görüşündə erməni icması bunu istəyəcək…

Siyasət Veb saytların hazırlanması

21 Sentyabr 2023 08:27 18898


Yevlaxdakı görüşdə ermənilər bizdən amnistiya məsələsinin həllini də istəyəcəklər.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu bu gün Yevlaxda Qarabağın erməni icması ilə keçiriləcək reinteqrasiya müzakirəsi haqda qeyd edib: 

"Araik Arutyunyan və onun kimilər, o cümlədən qətliamlarda iştirak edənlər amnistiya oluna bilməz, cinayət işlərinə xitam verilə bilməz, qalanlarının məsələsinə isə baxıla bilər. Bir il əvvəl Moskvadan Xankəndiyə göndərilən Ruben Vardanyan da Qarabağı nə qədər tez tərk etsə, özü üçün yaxşıdır. Ümumiyyətlə, Yevlaxdakı görüşdə Xankəndidə Azərbaycan bayrağının dalğalanmasından, manatın işlənməsindən tutmuş qazın, elektrikin və internetin Azərbaycan qanunları çərçivəsində istifadəsinə qədər bütün məsələlər həll olunmalıdır. Bunlarla razılaşmayan ermənilərə Laçın yolundan ölkəmizi tərk etmək seçimi veriləcək", - politoloq bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!