Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi

saytların hazırlanması

Evə çatdırılma

Yevlaxda ailə münaqişəsi qanla bitdi: Arvadını öldürüb, özünə xəsarət yetirdi

Kriminal

19 May 2024 20:18 1316


Yevlaxda kişi arvadını öldürdükdən sonra özünə xəsarət yetirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb

Bildirilib ki, may ayının 19-da Yevlax rayonunda 1984-cü il təvəllüdlü Ləman Yolçu qızı Şükürovanın kəsici-deşici alətlə öldürülməsi barədə polisə məlumat daxil olub. pizza sifarişi

Cinayəti törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı 1964-cü il təvəllüdlü Vəli Mətləb oğlu Şükürov daha sonra özünə kəsici alətlə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!