"ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etmələri bu ölkələrin Azərbaycanla münasibətlərdə səmimi olmadıqlarını, bölgədə sülhün tez bir zamanda təmin olunmasında maraqlı olmadıqlarını söyləməyə əsas verir. Hər üç ölkə həm də ATƏT-in Minsk qrupunun həmsədr ölkələridirlər və zaman-zaman sülhə nail olmaq üçün sözügedən təşkilatın fəaliyyətinin rolunun qabardılmasına, prosesdə aktiv iştirakına nail olmağa çalışırlar. Bu cür yanaşma ilə ATƏT prosesə hansı töhfə verə bilər? Yoxsa onlar işğalçını - Ermənistanı dəstəkləyirlər?"
Yenisabah.az xəbər verir ki, bu sözləri Milli Məclisib deputatı Ceyhun Məmmədov deyib. Deputat bildiirb ki, əgər onlar səmimidirlərsə gedib yerində ermənilərin törətdikləri vəhşilikləri, Azərbaycanın qısa müddətdə necə böyük quruculuq işlərinə başladığını görməli idilər:
"Burada bir vacib məqam da var. Onlar Azərbaycanın bölgədə yeni reallıq yaratmasını qəbul etməlidirlər. Onsuz da Azərbaycan qarşısına qoyduğu bütün məqsəd və hədəflərə nail olacaq. Dominos pizza
Dövlətimiz Azərbaycanın narazılığını mütləq həmin dövlətlərin diqqətinə çatdırmalıdır. Eyni zamanda, həmin dövlətlərlə əməkdaşlığını gücləndirilməsi, erməni yalanlarının ifşası istiqamətində siyasətini davam etdirməlidir".
Telegram kanalımız