Yüksəkvəzifəli şəxs yaxın dostunu müdir təyin etdi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Yüksəkvəzifəli şəxs yaxın dostunu müdir təyin etdi - Foto

Sosial

05 Avqust 2024 21:56 2623


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov yaxın dostunu çalışdığı qurumda vəzifəyə təyin edib.

Yenisabah.az xəbər verir ki, bu barədə "Qaynarinfo" məlumat yayıb.

Qeyd edilib ki, Anar Bayramovun müvafiq əmri ilə Yalçın Sakit oğlu Niftiyev agentliyin Tibbi-sosial ekspertiza xidmətinin təşkili departamentinin müdiri təyin edilib. pizza hut

Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov "A-Qroup Sığorta" ASC-nin Direktorlar Şurasının üzvüdür və uzun illər bu şirkətin sədri vəzifəsində çalışıb.

Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100% Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!