Artıq bir neçə gündür ki, yumurtanın qiymətinin bahalaşması ilə bağlı iddialar yayılmağa davam edir. Hətta bir sıra satıcılar da bu kimi iddiaları təsdiqləyirlər. Onların bəziləri bahalaşmanın mövsümlə əlaqəli olduğunu bildirsə də, digərləri artımın bayram ərəfəsinə təsadüf etdiyini vurğulayır. Bəs bu kimi iddiaların reallıqla əlaqəsi varmı?
Quş əti, yumurta istehsalçıları və ixracatçıları assosiasiyasının sədri Mürvət Həsənli sözügedən iddialar barədə “Yeni Sabah”a açıqlama verib. O bildirib ki, belə informasiyalar sabotaj yaratmaq üçün yayılır:
“Şəbəkə marketlərinə verilən yumurtanın bir ədədinin qiyməti nəqliyyat xərci daxil 14,7, satış qiyməti isə 16-17 qəpikdir. Biz marketlərlə danışıqlarda qiymətin 18 qəpiyə qaldırılmaması üçün anlaşırıq. Ona görə ki, yumurtanı 16-17 qəpikdən baha satmaq nə istehsal müəssisələrimizə, nə də dövlət siyasətinə uyğun deyil. Yumurta qiymətlərindəki artım xəbərləri əhali arasında təşvişə yol aça bilər. Mənim fikrimcə, bu bir növ sabotajdır. Bir sıra işbazlar və alverçilər bu yola əl atırlar. Biz isə qarşısını almağa çalışırıq ki, anlaşılmazlıqlar mübahisələrə səbəb olmasın”. Sezar pizza
Mürvət Həsənli Novruz bayramına qədər yumurtanın qiymətində bahalaşma olmayacağını bildirib:
“Yumurtanın qiyməti qalxmayıb. Belə düşünürəm ki, Novruz bayramına kimi də bahalaşma ehtimal olunmur. Çünki gündəlik yumurta istehsalı 5 milyon 100 min civarındadır. Yanvar ayı üçün isə müəssisələrimiz bu sayı 6 milyona çatdıracaq. Gündəlik tələbat 3 milyon 600 minə qədərdir. Biz bunu artıqlaması ilə qarşılaya bilirik. İxracımız əsasən Yaxın Şərq ölkələri üçün nəzərdə tutulub. Son həftədə isə Rusiyaya 5 maşın, yəni 1 milyon 800 ədəd yumurta ixrac olunub. Bu say isə bizim gündəlik istehsalımızdan artıq qalan rəqəmdir. Həmin ixrac olunan yumurtaların həcmi yerli bazara heç bir şəkildə təsir etmir və qiymətlərin bahalaşması üçün səbəb rolunu oynamır”.
Aytac Şahin
Telegram kanalımız