Yunanıstan Avropa İttifaqının tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiya neft tankerini ələ keçirdiyini açıqlayıb.
Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Yunanıstan, Avropa İttifaqı (Aİ) və NATO-nun Ukraynaya hücumlarına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar nəticəsində Euboea sahillərində bir rus tankerini ələ keçirib.
Yunanıstan Sahil Mühafizəsi səlahiyyətliləri tərəfindən verilən açıqlamada, ələ keçirilən xam neft tankerinin Karistos sahillərində dayandırıldığı bildirilib. pizza
Aİ aprelin 8-də Ukraynaya hücuma görə, Rusiyaya qarşı beşinci sanksiyalar paketini təsdiqləyib. Yeni sanksiyalar nəticəsində Aİ ölkələrinin limanlarının Rusiya gəmiləri üçün bağlanması qərara alınıb.
Telegram kanalımız