Yüzlərlə efiopiyalı Ukraynada döyüşmək istəyir

saytların hazırlanması

Evə çatdırılma

Yüzlərlə efiopiyalı Ukraynada döyüşmək istəyir

Dünya

20 Aprel 2022 11:45 434


Rusiya - Ukrayna müharibəsi 57-ci gününə qədəm qoyarkən, Efiopiyanın paytaxtı Əddis-Əbəbədədən maraqlı görüntülər yayılıb.

Yenisabah.az xarici KİV-ə istinadən xəbər verir ki, Efiopiyanın paytaxtı Əddis-Əbəbədə Rusiya tərəfindən Ukraynada döyüşmək yüzlərlə gənc könüllü olaraq Rusiya tərəfindən döyüşməyə hazır olduğunu bildirib. Yerli media yüzlərlə efiopiyalının Rusiya səfirliyi qarşısında sıraya düzülərək fotoları paylaşdığını yazıb.

Ölkədə yayımlanan xəbər saytı Standard bildirir ki, yüzlərlə efiopiyalı kişi Ukraynanın işğalında Rusiyaya dəstək olmaq üçün səfirliyin qarşısında sıraya düzülüb. Dominos pizza

Rusiyanın Əddis-Əbəbədəki səfirliyinin sözçüsü Mariya Çernuxina şayiələrin doğru olmadığını və Ukraynada döyüşmək üçün Efiopiyadan qoşun cəlb etmədiklərini açıqlayıb. Çernuxina BBC-yə bildirib ki, efiopiyalılar Rusiyaya dəstəklərini ifadə etmək üçün səfirliyə gəliblər.

Səfirlikdən verilən açıqlamada Efiopiya vətəndaşlarından çoxlu dəstək mesajlarının alındığı qeyd edilib.

Nəzrin Vahid 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!