Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

Siyasət

24 Dekabr 2023 14:10 472


Dekabrın 24-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Azərbaycanın Müdafiə Nazirliyindən Yenisabah.az-a verilən məlumata görə, general-polkovnik Z.Həsənov 2023-cü ilin 22-23 dekabr tarixlərində İraqın şimal bölgəsində terrorçuların xaincəsinə hücumu nəticəsində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının şəhid olması və yaralanması barədə xəbərdən kədərləndiyini bildirib.

Bir daha terrorun bütün növ təzahürlərini qətiyyətlə qınadığını, aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanında olduğunu və dəstəklədiyini vurğulayıb. Sezar pizza

Müdafiə naziri Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adından həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Telefon danışığı zamanı tərəflər arasında, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!