Zaqatalada 25 yaşlı gənc bıçaqlandı - Saxlanılan var

saytların hazırlanması

Evə çatdırılma

Zaqatalada 25 yaşlı gənc bıçaqlandı - Saxlanılan var

Kriminal

21 Dekabr 2024 14:23 743


Dekabrın 21-i gecə saat 1 radələrində Zaqatala rayonunun Faldarlı kəndi ərazisində 2002-ci il təvəllüdlü V.Kərimov aralarında yaranmış mübahisə zəminində həmkəndlisi 1999-cu il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən V.Kərimov saxlanılıb. Müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!