Ermənistanın hazırkı hakimiyyəti nahaq yerə çoxəsrlik tarixə malik qədim erməni sivilizasiyasını bu gün işləri, açıq desək, pis olan Avropa İttifaqı ilə müqayisə edir.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib.
O, "Zvezda" telekanalında deyib: “Bu gün Ermənistanın rəsmi strukturlarının bir nümayəndəsi ölkəsinin Avropanın demokratik və bəzi digər dəyərlərinin daşıyıcısı olduğunu söyləyib. - Bilirsiz məni nə heyrətə gətirir? İrəvandakı indiki hakimiyyətin nümayəndələri niyə bu qədər şişirdirlər? Nə üçün qədim erməni sivilizasiyasını, Avropa demokratiyasından çox-çox əvvəl mövcud olmuş mədəniyyəti, tarixi, dövlətçiliyi indiki Avropa İttifaqı ilə müqayisə edirlər”. pizza mizza
Telegram kanalımız