Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir neçə bəyanatı ilə bağlı açıqlama verəcək.
Yenisabah.az “Rossiya-24”yə istinadla xəbər verir ki, bunu telekanalının efirində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O bildirib: “Əlbəttə ki, Moskvada reallığa uyğun gəlməyən bir sıra bəyanatlara diqqət yetirilib. Ermənistanın baş naziri və İrəvanın rəsmi nümayəndələrinin bu bəyanatlar, ilk növbədə, ikitərəfli münasibətlərin inkişafına ziddir. Buna gələcəkdə müfəssəl cavab yaxın veriləcək, Rusiya XİN-in müvafiq bəyanatı dərc olunacaq”. pizza sifarişi
Telegram kanalımız