İrəvan Qarabağla bağlı qərarları məhz NATO-nun təsiri altında qəbul edib.
Yenisabah.az xəbər verir ki, bunu Rusiya XİN-in sözçüsü Mariya Zaxarova “Zvezda” telekanalının “Mejdu tem” verilişində bildirib.
“Mən bu fikri söyləyən və yayanlar yalan hər kəsi ittiham edirəm. Bu doğru deyil, bu yalandır. Rəsmi İrəvan bu qərarı Qərblə məsləhətləşmələrdən sonra verib. Mən İrəvanın Qarabağla bağlı qəbul etdiyi qərarlara görə Rusiya və KTMT-nin ittiham edən hamını yalan danışmaqda ittiham edirəm”, - deyə Zaxarova vurğulayıb. Pepperoni pizza
Onun sözlərinə görə, Qərb ölkələri Ermənistanın Dağlıq Qarabağdan rəsmən imtina etməsini təbliğ ediblər. "NATO-nun diktəsi ilə imzalanan sənədlərdə Qarabağ sakinlərinin hüquqları heç bir şəkildə təsbit edilməyib və təmin edilməyib".
Zaxarova onu da qeyd edib ki, Ermənistanla Azərbaycan arasında yeni gərginlik yalnız rəsmi İrəvanın Aİ, ABŞ və Britaniyaya regiondakı vəziyyətə dağıdıcı təsir göstərməsinə nə dərəcədə imkan verməsindən asılıdır.
Telegram kanalımız